...

“Etilen-Polietilen” zavodunda yeni buxar turbogeneratoru tikilir

Energetika Materials 13 Fevral 2020 12:48 (UTC +04:00)
“Etilen-Polietilen” zavodunda yeni buxar turbogeneratorunun tikintisi aparılır
“Etilen-Polietilen” zavodunda yeni buxar turbogeneratoru tikilir

Bakı. Nərgiz İsmayılova - Trend:

“Etilen-Polietilen” zavodunda yeni buxar turbogeneratorunun tikintisi aparılır.

Trend-in məlumatına görə, bunu “Etilen-polietilen” zavodunun baş mühəndisinin modernləşdirmə üzrə müavini Qadir Əliyev mətbuat üçün təşkil olunmuş tur zamanı deyib.

O bildirib ki, layihənin məqsədi zavodu elektrik enerjisi ilə təmin edən buxar-generator kompleksinin istehsal gücünü yüksəltməkdir.

Q.Əliyevin sözlərinə görə, yeni buxar turbogeneratoru zavodun tələbatını tam ödəyəcək. Hazırkı buxar-generator kompleksinin istehsal gücünü saniyədə 65 meqavatta çatdırmaq planlaşdırılır. Bununla əlaqədar olaraq SOCAR 2016-cı ildə Almaniyanın UNIPER şirkəti ilə saziş imzalayıb və SOCAR-UNIPER birgə müəssisəsi yaradıb:

“Azərikimya” İstehsalat Birliyinin daxili imkanları hesabına mövcud yarımstansiya bərpa olunur. Bu layihə başa çatdıqdan sonra müəssisə öz imkanları hesabına əldə olunan elektrik enerjisini SOCAR-ın digər müəssisələrinə, eləcə də Sumqayıtın digər istehlakçılarına ötürə biləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti