...

OPEC+ ölkələri neft hasilatını azaltmağa razılaşıblar

Energetika Materials 12 Aprel 2020 21:52 (UTC +04:00)
OPEC+ ölkələri neft hasilatını sutkada 9,7 milyon barrel azaltmağa razılaşıblar
OPEC+ ölkələri neft hasilatını azaltmağa razılaşıblar

Bakı. Trend:

OPEC+ ölkələri neft hasilatını sutkada 9,7 milyon barrel azaltmağa razılaşıblar.

Trend-in məlumatına görə, bu barədə "TASS"a danışıqlar prosesi haqqında məlumatlı mənbələr bildirib.

Mənbə deyib: "Bəli, sutkada 9,7 milyon barrelə razılaşdılar". Bu o deməkdir ki, Meksika may-iyun ayları ərzində hasilatı sutkada 100 min barrel azaldacaq. Daha əvvəl Meksikanın sutkada neft hasilatını 400 min barrel azaltması nəzərdə tutulurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti