...

"Zenith Energy" Azərbaycanda neft hasilatı üzrə bütün əməliyyatları dayandırıb

Energetika Materials 25 İyun 2020 12:17 (UTC +04:00)
"Zenith Energy" Azərbaycanda neft hasilatı üzrə bütün əməliyyatları dayandırıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanda quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun işlənməsi üzrə operator, Kanadanın “Zenith Energy Ltd” şirkəti müqavilə reabilitasiya sahəsinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verilməsi prosesini başa çatdırıb.

Trend-in məlumatına görə, bu barədə “Zenith Energy Ltd” şirkətinin bəyanatında deyilir.

Məlumata əsasən, təhvil nəticəsində şirkət Azərbaycanda neft hasilatı üzrə bütün əməliyyatları dayandırıb və 170-ə yaxın personal SOCAR bölmələrinə köçürülüb.

Şirkət bildirib ki, Azərbaycandakı filial SOCAR-da neft hasilatı üçün 508 min dollara yaxın ödəniş alıb.

Bundan sonra şirkətin Azərbaycandakı fəaliyyəti geoloji kəşfiyyat işləri ilə bağlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti