...

Şamaxının Çuxuryurd kəndində elektrik təsərrüfatı yenilənib (FOTO)

Energetika Materials 19 Oktyabr 2020 13:34 (UTC +04:00)
Şamaxının Çuxuryurd kəndində elektrik təsərrüfatı yenilənib (FOTO)

Bakı. Samir Əli - Trend:

Şamaxının Çuxuryurd kəndində elektrik təsərrüfatı yenilənib.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunub. 5 minədək sakini olan Çuxuryurd kəndində ilk dəfə 1966-cı ildə elektrik şəbəkəsi qurulub.

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan tədbirlər proqramının icrası uğurla davam edir. Xatırladaq ki, “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti