...

Bu il Azərbaycanda 408 min ton kerosin istehsal olunub

Energetika Materials 27 Noyabr 2020 10:45 (UTC +04:00)
Bu il Azərbaycanda 408 min ton kerosin istehsal olunub

Bakı. Ləman Zeynalova - Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 408 min ton reaktiv mühərrik yanacağı (kerosin) istehsal olunub. Bu həcmin 94 faizi daxili bazara yönəldilib, qalan hissəsi ixrac olunub.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, ötən ilin yanvar-oktyabr aylarında 491 min tona yaxın reaktiv mühərrik yanacağı istehsal olunub, bunun 93 faizi daxili bazarda istehlak olunub, qalan hissəsi isə ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti