...

Kanada şirkəti Azərbaycana kredit borclarından birini tam ödəyib

Energetika Materials 6 Yanvar 2021 12:59 (UTC +04:00)
Kanada şirkəti Azərbaycana kredit borclarından birini tam ödəyib

Bakı. Ləman Zeyanlova - Trend:

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanda yerli maliyyə müəssisəsi ilə imzalanmış iki kredit sazişindən biri üzrə borcunu tam, digərini qismən ödəyib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, şirkət Azərbaycanda ümumilikdə 480 min dollar məbləğində iki kredit sazişi imzalamışdı. Hazırda bu məbləğdən 442 min dolları ödənilib.

“Zenith Energy” borcun faizlərlə birgə qalan hissəsini (54 650 dollar) 2021-ci il iyunun 30-dək ödəməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti