Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:
Gələcəkdə Trans-Adriatik boru kəməri (TAP) kimi xətlər vasitəsilə təbii qazla qarışdırılmış 10 faiz hidrogen nəql etmək mümkün olacaq.
Trend-in məlumatına görə, bunu TAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati deyib.
Onun sözlərinə görə, bu, TAP-ın ildə 1 milyard kubmetr hidrogen tədarük edə biləcəyini ifadə edir. Bununla bağlı texniki-iqtisadi əsaslandırma işləri tezliklə başlayacaq.
L.Skyeppati əlavə edib ki, TAP vasitəsilə nəql olunan qaz Aİ-nin yeni təhlükəsiz, etibarlı və rəqabətqabiliyyətli enerji mənbəsi ilə təmin olunmasına vacib rol oynayır.
Qeyd edək ki, TAP vasitəsilə 2020-ci ilin dekabrında nəqlin başlamasından sonra bu günədək 1 milyard kubmetr qaz tədarük olunub.