...

Azərbaycan Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir - BEA

Energetika Materials 6 İyul 2021 07:01 (UTC +04:00)
Azərbaycan Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir - BEA

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin doldurulması üçün hasilat gücünün artırılması hesabına Avrasiyada Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biri olub.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunub ki, COVID-19 pandemiyası dövründə Avrasiyada qaz hasilatı 2019-cu illə müqayisədə təxminən 60 milyard kubmetr azalıb:

"2020-2024-cü illərdə hasilatın 17 faiz artması gözlənilit. Artım əsasən, Avrasiyada qaz hasilatının 85 faizini təşkil edən Rusiyanın hesabına baş verəcək. Bu müddət ərzində Rusiyada qaz hasilatı, əsasən, mövcud layihələrin genişləndirilməsi hesabına 18 faizədək artacaq. Azərbaycan, öz növbəsində Rusiyadan sonra hasilat artımının ikinci aparıcı qüvvəsidir. Türkmənistan isə Mərkəzi Asiya regionunda liderdir"

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti