Bakı. Orxan Nəbiyev - Trend:
Avropa birjalarında təbii qazın qiyməti rekord həddə bahalaşdıqdan sonra 10 faizə yaxın ucuzlaşıb.
Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın min kubmetri hazırda 781,4 dollara alınıb-satılır.
Qeyd edək ki, ötən gün qazın qiyməti 970 dollaradək yaxınlaşmışdı. Günün sonunda isə qiymətlər 796 avroyadək düşmüşdü.