...

"Brent" markalı neftin qiyməti 78 dolları keçib

Energetika Materials 24 Sentyabr 2021 22:00 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti 78 dolları keçib

Bakı. Trend:

"Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 20:33 üçun (Bakı vaxtı) 0,99 faiz artaraq 78,01 dollar/barel təşkil edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, saat 20:38 üçun (Bakı vaxtı) artım zəifləyib və "Brent" markalı neft 78 dollar/barel səviyyəsində alınıb-satılıb.

Son dəfə "Brent" markalı neftin qiyməti 2018-ci ilin oktyabr ayında 78 dollardan yuxarı olub.

"WTI" markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 0,93 faiz artaraq 73,98 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti