...

Avropada təbii qazın qiyməti kəskin ucuzlaşmağa başlayıb

Energetika Materials 6 Oktyabr 2021 16:25 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında təbii qazın qiymətləri rekord hədd yüksəldikdən sonra gün ərzində kəskin ucuzlaşmağa başlayıb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın min kubmetri 1 957 dollardan 1 325 dollaradək ucuzlaşıb.

Qeyd edək ki, səhər saatlarında qazın qiyməti 1 400 dollardan 1 957 dollaradək artmışdı. Gün ərzində təbii qazın dəyəri 600 dollara yaxın ucuzlaşıb.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti