...

Gələn il "Şahdəniz"də proqnozlaşdırılan hasilat həcmi açıqlanıb

Energetika Materials 6 Dekabr 2021 12:22 (UTC +04:00)
Gələn il "Şahdəniz"də proqnozlaşdırılan hasilat həcmi açıqlanıb

Bakı. Xaqan İsayev - Trend:

2022-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında hasilat həcmi 22,8 milyard kubmetr səviyyəsində gözlənilir ki, bu da 2021-ci il üçün proqnozlaşdırılan göstəricidən yeddi faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcə layihəsi barədə rəyində deyilir.

Qeyd olunur ki, 2021-ci ildə 21,3 milyard kubmetr, 2020-ci ildə 18 milyard kubmetr qaz hasilatı proqnozlaşdırılırdı.

Eyni zamanda, bu il "Şahdəniz" yatağından 33,3 milyon barel kondensatın hasil olunması proqnozlaşdırılır. 2021-ci ildə bu göstərici 31,8 milyon barel, 2020-ci ildə 29 milyon barel təşkil edirdi.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti