...

OPEC+ ölkələri neft hasilatının artırılması ilə bağlı qərarı dəyişməz saxlayıb

Energetika Materials 2 Mart 2022 17:16 (UTC +04:00)
OPEC+ ölkələri neft hasilatının artırılması ilə bağlı qərarı dəyişməz saxlayıb

Bakı. Trend:

OPEC+ monitorinq komitəsi neft hasilatının 400 min barel/sutka səviyyəsində artırılması qərarını aprel ayı üçün qüvvədə saxlayıb.

Trend bu barədə TASS agentliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, monitorinq komitəsinin iclası 21 dəqiqə davam edib və tərəflər mövcud qərarın qüvvədə saxlanmasını qərarlaşdırıb.

Daha sonra keçirilən OPEC+ nazirlər komitəsinin iclasında da bu qərar dəstəklənib. Nazirlər komitəsinin iclası 10 dəqiqədən az davam edib.

OPEC+ nazirlər komitəsinin növbəti iclası martın 31-də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti