...

Avropa enerji təchizatı məsələlərində daha müstəqil olmalıdır - Almaniya kansleri

Energetika Materials 22 Mart 2022 21:26 (UTC +04:00)
Avropa enerji təchizatı məsələlərində daha müstəqil olmalıdır - Almaniya kansleri

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) bütün qurumları və üzv ölkələri hesab edir ki, Avropa enerji təchizatı məsələlərində daha müstəqil olmalıdır.

Trend xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.

"Biz Aİ olaraq enerji məsələlərində daha müstəqil olmalıyıq. Bu, bütün qurumların və üzv dövlətlərin ümumi mövqeyidir", - kansler vurğulayıb.

O.Şolts əlavə edib ki, Almaniyanın Rusiyadan neft və qaz idxalına qoyulan embarqo ilə bağlı mövqeyi dəyişməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti