...

Azərbaycan qazının ixracının sabitliyi Aİ-nin qaz balansında müsbət amildir - Oksford İnstitutu

Energetika Materials 24 Mart 2022 08:00 (UTC +04:00)
Azərbaycan qazının ixracının sabitliyi Aİ-nin qaz balansında müsbət amildir - Oksford İnstitutu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Aydındır ki, Azərbaycan qazının ixracının sabitliyi, Azərbaycanın “Şahdəniz 2” yatağından Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə etibarlı qaz tədarükü Avropa İttifaqının qaz balansında arzuolunan amildir.

Bunu Trend-ə Oksford Enerji Araşdırmaları İnstitutunun baş elmi işçisi Culian Bouden deyib.

“Aİ Rusiya qazına əvəz axtarır. Bunun üçün Aİ-nin Rusiya qazının idxalına tələbi azaldacaq tələb və təklif baxımından bir sıra tədbirlər müəyyənləşdirilib. Aİ bildirir ki, Rusiyadan neft və qazdan tədricən imtina 2030-cu ilədək baş tuta bilər. Aİ əlavə mayeləşdirilmiş təbii qaz və boru kəməri qazı idxalı üçün mənbələr axtarır. Burada ehtiyat potensialı barədə danışmaq yersizdir; Aİ-nin istədiyi təklifin dərhal artırılmasıdır. Azərbaycan dərhal əlabə tədarükü necə reallaşdıra bilər? TAP müəyyən qədər tam güclə işləyir. Daha çox qazın nəql olunması üçün genişlənməyə, məsələn kompressorlara investisiyalar tələb olunacaq. Fikrimcə, Azərbaycan qısamüddətli perspektivdə türkmən qazının təkrar ixracı yolu ilə Avropaya daha çox qaz tədarük edə bilər. Uzunmüddətli perspektivdə isə qaz kəşfiyyatı və hasilatını sürətləndirmək lazımdır”, - C.Bouden deyib.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən etibarən TAP vasitəsilə Avropaya qaz nəqlinə başlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti