...

Qarabağda 45 kiçik SES-in tikintisi və bərpası planlaşdırılır - Nazir müavini

Energetika Materials 2 İyun 2022 16:21 (UTC +04:00)
Qarabağda 45 kiçik SES-in tikintisi və bərpası planlaşdırılır - Nazir müavini
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərini ölkənin inkişaf strategiyasına uyğun olaraq "yaşıl" zonaya çevrimək planlaşdırılır.

Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən 27-ci Enerji forumunda deyib.

Onun sözlərinə görə, həmin ərazilərdəki bütün elektrik stansiyaları bərpa olunan enerji mənbələri əsasında inşa olunacaq.

"Bu məqsədlərin reallaşdırılması üçün müvafiq işlər başlayıb. Azərbaycanın su ehtiyatlarının 25 faizi Qarabağda yerləşir. Burada 45 kiçik su elektrik stansiyası tikmək və ya bərpa etmək planlaşdırılır. Onlardan 4-ü bərpa olunub, daha beşini ilin sonunadək bərpa etmək planlaşdırılır. 18 SES-in bərpası üçün özəl investisiyaların cəlb olunması nəzərdə tutulur", - nazir müavini bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti