...

TAP genişlənmə üçün bütün texniki imkanlara malikdir - İcraçı direktor

Energetika Materials 3 İyun 2022 17:08 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) genişlənmə üçün bütün texniki imkanlara malikdir.

Trend-in məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

O əlavə edib ki, TAP infrastrukturu enerji səmərəliliyinə və "yaşıl" enerjiyə keçidə hazırdır.

"TAP sayəsində bazardakı misli görünməmiş yüksək qiymətlər fonunda daha yüksək likvidlik səviyyəsini təmin etmək mümkün oldu. Avropaya enerji ehtiyatları tədarükünün artırılması üzrə planlarda fəal iştirakına görə Azərbaycan hökumətinə təşəkkür etmək istəyirəm. Avropa Komissiyası tədarükün genişlənməsini enerji daşıyıcıları tədarükü mənbələrinin şaxələndirilməsi üçün vacib hesab edir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti