...

bp BTC üzrə xərcləri azaldıb

Energetika Materials 4 Avqust 2022 15:52 (UTC +04:00)
bp BTC üzrə xərcləri azaldıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 49 milyon dollar, əsaslı xərclərə isə 9 milyon dollar vəsait xərclənib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

2021-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 69 milyon və 12 milyon dollar təşkil etmişdi. Beləliklə, bp-nin BTC üzrə əməliyyat məsrəfləri 29 faiz, əsaslı məsrəflər 25 faiz azalıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Qeyd edək ki, BTC boru kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti