Bakı. Trend:
Trans-Adriatik boru xətti (TAP) konsorsiumu kəmərin buraxılış gücünün genişləndirilməsi prosesinin irəliləməsi üçün Cənub Qaz Dəhlizi üzrə bütün tərəfdaşları ilə işlərini davam etdirir.
Trend-in məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.
O qeyd edib ki, TAP kommersiya nəqlinə başladıqdan bugünədək İtaliyaya təxminən 14 milyard kubmetr qaz nəql olunub və bu, təhlükəsiz tədarüklərin güclənməsinə xidmət edib.
"Bu il biz TAP vasitəsilə 9,5 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Bu, 2021-ci illə müqayisədə 2,5 milyard çoxdur", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)