...

TAP istismar qaydalarına dəyişikliklərlə bağlı ictimai məsləhətləşmələr aparır

Energetika Materials 21 Dekabr 2022 10:02 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans Adriatik Boru Kəməri (TAP) Konsorsiumu 20 dekabr 2022-ci ildən 2023-cü il yanvarın 31-dək istismar qaydalarına təklif edilən dəyişikliklərlə bağlı ictimai məsləhətləşmələr keçirir.

Bu barədə Trend TAP AG konsorsiumuna istinadən xəbər verir.

"TAP təklif olunan nəqliyyat xidmətlərinin davamlı olaraq təkmilləşdirilməsi üçün səylər göstərir. Bu baxımdan, ötən ilin təcrübəsinə əsaslanaraq, TAP istismar qaydalarına bəzi düzəlişlər etmək istəyir", - TAP-ın kommersiya direktoru Mariya Savova deyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə 1 milyard kubmetr qaz tədarük edir.

2020-ci il dekabrın 31-də Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarükü başlayıb. Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa bazarına çıxarıb. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan özünün ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Тvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti