...

İtaliya enerji təhlükəsizliyinin təmin olunması üçün TAP-ın gücünün ikiqat artırılmasına ehtiyac duyur

Energetika Materials 20 Yanvar 2023 11:58 (UTC +04:00)
İtaliya enerji təhlükəsizliyinin təmin olunması üçün TAP-ın gücünün ikiqat artırılmasına ehtiyac duyur
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya özünün enerji təhlükəsizliyinin və enerji müstəqilliyinin təmin olunması üçün Trans-Adriatik boru kəmərinin ötürücülük qabiliyyətinin ikiqat artırılmasına ehtiyac duyur.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın "Formiche" jurnalında dərc olunmuş məqalədə deyilir.

"Qaz nəqlinin həcminin ikiqat artırılması İtaliyanın qaz böhranına qarşı daha effektiv davam gətirməsinə imkan verərdi. 2021-ci ildə TAP vasitəsilə Avropaya 8,1 milyard kubmetr qaz nəql olunub. 2022-ci ilin məlumatlarına görə ilk on ay ərzində Azərbaycan Avropaya 9,3 milyard kubmetr qaz ixrac edib və ilin yekun nəticələrinə görə qaz təchizatının 11,5 milyard kubmetr təşkil edəcəyi gözlənilirdi. Azərbaycan Avropaya qaz nəqlini bu il artırmağı planlaşdırır", - məqalədə deyilir.

"Formiche" jurnalında da qeyd olunduğu kimi, 31 dekabr 2020-ci ildə kommersiya məqsədilə istismara verildikdən etibarən TAP vasitəsilə 18,5 milyard kubmetr qaz nəql olunub ki, bunun da təqribən 16 milyard kubmetri İtaliyanın payına düşüb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik boru kəməri vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Trans-Adriatik boru kəməri vasitəsilə Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti