...

TAP vasitəsilə üç ölkəyə qaz nəqli nəzərdə tutulan 20 milyard kubmetrdən artıq olub

Energetika Materials 4 Fevral 2023 13:06 (UTC +04:00)
TAP vasitəsilə üç ölkəyə qaz nəqli nəzərdə tutulan 20 milyard kubmetrdən artıq olub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) istismara verildiyi vaxtdan etibarən üç ölkəyə 20 milyard kubmetrdən artıq qaz nəql edib.

Trend-in məlumatına görə, bu barədə TAP-ın icraçı direktoru Luka Skyepatt fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışında deyib.

Ötən ilin oktyabr ayında TAP Yunanıstan-Bolqarıstan interkonnektoruna (IGB) qoşulub və İtaliya, Yunanıstan, Bolqarıstan ərazisindən keçən boru kəməri ilə nəzərdə tutulan 20 milyard kubmetrdən artıq qaz nəql olunub. Ötürücülük qabiliyyətinin genişləndirilməsinin birinci mərhələsini işə salmaqdan məmnunuq və ötürücülük qabiliyyətinin 2027-ci ilədək ikiqat artırılması istiqamətində çalışmaqda əvvəlki kimi qərarlıyıq", - Skyepatti əlavə edib.

İcraçı direktor TAP konsorsiumunun əsas diqqətini, xüsusən, Cənub-Şərqi Avropada "yaşıl" enerjiyə keçidin dekarbonizasiyasını dəstəkləməklə dayanıqlı şəkildə baş verməsinə yönəltdiyini qeyd edib.

Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Tvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti