Bakı. Trend:
İtaliyanın Ansaldo Energia şirkəti və Azərbaycanın ən iri elektrik enerjisi istehsalçısı "Azərenerji" ASC bu gün dəyəri 160 milyon avrodan yuxarı olan dörd AE94.3A qaz borusunun tədarükü haqqında razılaşma imzaladılar.
Trend bu barədə Ansaldo Energia-ya istinadən xəbər verir.
Qeyd olunduğu kimi, dörd AE94.3A qaz borusu Mingəçevir şəhərində "Azərbaycan" elektrik stansiyasında kombinə edilmiş dövrün əlavə kombinə edilmiş dövriyyə qurğusu kimi quraşdırılacaq. АЕ94.3А qaz turbin qurğusu 340 MVt elektrik enerjisi hasil edir.
"Yeni qaz turbinləri effektivliyi əhəmiyyətli dərəcədə artıracaq və qaz istehlakını azaltmağa imkan verəcək", - Ansaldo Energia-nın məlumatında deyilir.
Məlumata istinadən "Azərenerji" ASC-nin prezidenti Baba Rzayevin sözlərinə görə, bu gün Azərbaycanın enerji sektorunda çox əlamətdar gündür, çünki ölkədə yeni elektrik stansiyasının təməli qoyulur.
"Ansaldo Energia-nın təqdim etdiyi ən yeni texnologiyalar sayəsində stansiyada enerji dayanıqlılığı təmin ediləcək. Bu, ölkəmizin enerjiyə artan təlabatını qarşılamağa imkan verəcək və ətraf mühitin mühafizəsinə, elektrik enerjisinin istehsalında təbii qaza qənaət olunmasına və ixrac potensialımızın genişləndirilməsinə öz töhfəsini verəcək", - Rzayev qeyd edib.