...

Dolların zəifləməsi ilə neft bahalaşır

Energetika Materials 13 Mart 2023 10:15 (UTC +04:00)
Dolların zəifləməsi ilə neft bahalaşır

Bakı. Trend:

Sövdələşmə məlumatları dünyada neftin qiymətinin bu gün səhər artım nümayiş etdirdiyindən xəbər verir.

Trend-in məlumatına görə, ABŞ valyutasının zəifləməsi xammal dəyərini dəstəkləyir.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,42% artaraq 1 bareli 83,13 dollara, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,46% artaraq bareli 77,03 dollara çatıb.

Dolların indeksi (ABŞ-ın ticari tərəfdaşları olan altı ölkənin valyuta səbətinə məzənnəsi) 0,68% azalaraq 103,87 bəndə düşüb. Dolların ucuzlaşması xammala, o cümlədən neftə tələbatı dəstəkləməklə onları digər valyutada satınalma zamanı daha əlçatan edir.

İnvestorlar Səudiyyə Ərəbistanın Saudi Aramvo dövlət neft şirkətinin maliyyə nəticələrinə də müəyyən qədər diqqət yetiriblər. Ötən ilin nəticələrinə əsasən şirkət 161,1 milyard dollar səviyyəsində rekord səviyyədə xalis mənfəət əldə edib.

Silicon Valley Bank (SVB) ABŞ bankının müflisləşməsindən sonra ABŞ-ın bank sektorundakı vəziyyət də dünya bazarlarına təsir göstərməyə davam edir. SVB-nin iflasının ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) endirim dərəcəsinin artması ilə əlaqədar baş verdiyi məlum olub. ABŞ hakiniyyətinin martın 13-dən SVB ABŞ bankının müflis olmuş bütün əmanətçilərinə əmanətlərinə çıxış imkanının verilməsi barədə qərarı da mühüm faktor oldu.

"Pul-kredit siyasətinin daha da kəskinləşməsi ilə bağlı narahatlıqlar... tələbatın zəifləməsi ilə bağlı təşvişi daha da gücləndirdi. ABŞ tənzimləyicilərinin SVB ilə əlaqədar vəziyyətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirləri bazara müəyyən rahatlıq gətirdi", - Saxo Capital Markets-in bazar strategi Çaru Çanana Bloomberg agentliyinə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti