...

Statistik məlumatlar öncəsi neft qiymətləri artır

Energetika Materials 11 Aprel 2023 12:46 (UTC +04:00)

Bakı. Trend:

Çərşənbə günü səhər bir sıra makroiqtisadi məlumatlar, o cümlədən ABŞ-də bu xammalın ehtiyatlarına dair xəbərlər dərc olunmazdan əvvəl dünyada neft qiymətləri artmaqdadır.

Trend xəbər verir ki, sövdələşmə məlumatları bunu təsdiqləyir.

Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,68% artaraq bir bareli 84,75 dollara, WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 0,76% artaraq bir bareli 80,35 dollara çatıb.

Bazarlar çərşənbə günü ABŞ-də neftin kommersiya ehtiyatlarına dair məlumatların dərc olunmasını gözləyir. Analitiklərin fikrincə, aprelin 7-dək olan həftə ərzində ölkədə ehtiyatlar əvvəlki həftə 3,74 milyon barel azaldıqdan sonra 1,3 milyon barel azalıb.

Bundan başqa, treyderlər Federal Ehtiyatlar Sisteminin 3 may tarixli iclasında nəzərə alacağı iqtisadi məlumatların dərc olunmasını gözləyirlər. Beləliklə, analitiklər mart ayının yekunlarına görə ölkədə illik inflyasiya sürətinin əvvəlki aydakı 6%-dən 5,2%-dək ləngiməsini ehtimal edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti