...

Azərbaycanda avtomobil benzininin istehsalı artıb

Energetika Materials 20 Aprel 2023 09:24 (UTC +04:00)
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 6,2 faiz artıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ümumilikdə qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1070,0 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artıb.

Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6 faiz, neft koksunun istehsalı 17,8 faiz, avtomobil benzininin istehsalı 6,2 faiz, qazoylların (dizel yanacağının) istehsalı 5,2 faiz artmış, ağ neft istehsalı 2,3 faiz neft bitumu istehsalı 44,9 faiz, faiz, mazut istehsalı isə 91,0 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti