...

Bakı Enerji Həftəsində 30-dan çox ölkədən şirkətlər iştirak edəcək (FOTO)

Energetika Materials 24 May 2023 12:42 (UTC +04:00)
Bakı Enerji Həftəsində 30-dan çox ölkədən şirkətlər iştirak edəcək (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

31 may-3 iyun tarixləri ərzində üç nüfuzlu tədbiri bir brend altında birləşdirən Bakı Enerji Həftəsi keçiriləcək.

Trend çərşənbə günü xəbər verir ki, Bakı Enerji Həftəsi çərçivəsində 28-ci "Xəzər Neft və Qaz" (Caspian Oil&Gas), 11-ci "Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi" (Caspian Power) və 28-ci "Bakı Enerji Forumu" keçiriləcək.

Dünyanın 30-dan çox ölkəsindən 326 şirkət tədbirlərdə iştirakını təsdiqləyib. Azərbaycanla yanaşı tədbirlərdə ABŞ, Almaniya, Avstriya, Belorusiya, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Vyetnam, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Hollandiya, Norveç, Özbəkistan , Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə və Yaponiya da təmsil olunacaq.

Tədbir çərçivəsində Xəzər regionunun neft-qaz layihələrinin və regional enerji təhlükəsizliyinin müzakirəsi planlaşdırılır. Sərginin əsas mövzuları arasında neft-qaz yataqlarının işlənməsi, neft-qaz hasilatı və nəqli, boru kəmərlərinin təhlükəsizliyinin təmini, neft-qaz emalı, energetika sahəsində tikinti-quraşdırma işləri, innovasiya texnologiyaları, maliyyə və hüquqi xidmətlər, kimyəvi sənaye mövzuları yer alır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti