Bakı. Trend:
2023-cü ilin ilk 8 ayı ərzində Azərbaycanda əmtəə qazının hasilatının həcmi 2,9 milyard kubmetrlə 3,1 milyard kubmetr arasında dəyişib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda əmtəə qazının hasilatının aylıq dinamikası aşağıdakı cədvəldə əks olunub:
Ay |
Yanvar |
Fevral |
Mart |
Aprel |
May |
İyun |
İyul |
Avqust |
Həcm (milyard kubmetr) |
3,1 |
3 |
3,1 |
3 |
3,1 |
2,9 |
2,9 |
3 |
Qeyd edək ki, Azərbaycan şelfdə mühüm qaz ehtiyatlarına malikdir. Qiymətləndirmələrə görə, nəhəng "Şahdəniz" yatağının öyrənilmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat təşkil edir.
Bundan başqa, Azərbaycanın karbohidrogen yataqları arasında "Ümid-Babək" bloku da yer alır. İlkin məlumatlara əsasən, perspektiv “Babək” strukturunun ehtiyatları 400 milyard kubmetr qaz, 80 milyon ton kondensat həcmində qiymətləndirilir.
Digər perspektiv strukturlara gəlncə, "Şəfəq-Asiman" blokunun proqnoz ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir. "Abşeron" yatağından isə birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasilatı planlaşdırılır.
(Tərcümə: Rəna Əbdürəhmanova)
X: @Lyaman_Zeyn