...

IGB ilə nəql olunacaq Azərbaycan qazının dəyəri məlum olub

Energetika Materials 29 Noyabr 2023 13:20 (UTC +04:00)
IGB ilə nəql olunacaq Azərbaycan qazının dəyəri məlum olub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabr ayında Azərbaycandan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə nəql olunacaq təbii qazın dəyəri ümumilikdə 1,4 milyard avro olacaq.

Trend bu barədə "Bulgargaz" şirkətinə istinadən xəbər verir.

Şirkətdən bildiriblər ki, dekabr ayında Bolqarıstanın Yunanıstanln "DEPA" və "Mytilineos" treyderlərindən maye təbii qaz (MTQ) və Çiren yaxınlığındakı yeraltı anbardan təbii qaz əldə edəcək.

"Bulgargaz" 2023-cü ilin dekabr ayı üçün təbii qaza daha yüksək topdansatış qiyməti təklif edib. Şirkətin açıqlamasında 1 meqavatt-saat üçün qiymətin 45,3 avro olacağı deyilir ki, bu da noyabr ayındakı qiymətlə (42 avro/meqavatt-saat) müqayisədə 7,9 faiz yüksəkdir.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.

İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür.

Planlaşdırma mərhələsində boru kəmərinin texniki gücü təqribən ildə 5 milyard kubmetr olaraq hesablanıb və bu hədəfə nail olmaq yaxın gələcək üçün nəzərdə tutulur. Bazar tələbatı zamanla bu hədləri keçən imkanların zəruri olduğundan xəbər verərsə, ikinci boru kəmərinin inşası imkanı nəzərdən keçirilə bilər. Lakin bu məsələ bazarın inkişafından asılı olaraq yaxın illərdə daha aktual olacaq.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti