...

IGB operatoru ötürmə qabiliyyətini genişləndirmək üçün mühüm addım atdı

Energetika Materials 5 Fevral 2024 22:41 (UTC +04:00)
IGB operatoru ötürmə qabiliyyətini genişləndirmək üçün mühüm addım atdı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq keçirilən tenderdən sonra ICGB şirkəti Bolqarıstan şirkəti ilə Stara-Zaqorada qaz ölçmə məntəqəsinin təfərrüatlı layihələndirməsi üçün müqavilə bağlayıb. Bu da Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tutumunu genişləndirəcək.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

"ICGB texniki imkanlarını ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə çatdırmaq üçün Stara-Zaqoradakı qazölçmə məntəqəsini modernləşdirmək niyyətindədir.

Davam edən güc artırılma prosesində növbəti addım olaraq, ICGB şirkəti Bolqarıstanın ötürücü sistem operatoru ilə birlikdə ictimai müzakirə üçün Stara-Zaqorada giriş-çıxış məntəqəsi üçün layihələndirmə təklifini dərc edib. Bütün maraqlı tərəflər 4 mart 2024-cü il tarixinədək öz rəy və təkliflərini bildirməklə iştirak etməyə dəvət olunur. Yunanıstanın təbii qaz nəqli sistemi "DESFA" üçün layihə təklifi də tezliklə dərc olunacaq.

Yunanıstan-Bolqarıstan İnterkonnektoru Bolqarıstanı Cənub Qaz Dəhlizi ilə birləşdirir və Şaquli Qaz Dəhlizinin bir hissəsidir. Boru kəməri yeni, çoxşaxəli mənbələrdən təbii qaza çıxışı təmin etməklə regionda enerji əlaqəsini və təhlükəsizliyi gücləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti