...

IGB operatoru gücün artırılması vaxtını açıqladı

Energetika Materials 5 Fevral 2024 23:05 (UTC +04:00)
IGB operatoru gücün artırılması vaxtını açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru ICGB şirkəti infrastruktur imkanlarının genişləndirilməsinin təfərrüatlarını paylaşdı.

Bu barədə Trend şirkətə istinadən məlumat verib.

İlkin texniki araşdırmalara görə, ICGB 2025-ci ilin dördüncü rübündən Stara-Zaqoradakı birləşmə nöqtəsində və 2026-cı ilin dördüncü rübündən Komotini əlaqə nöqtəsində gücün ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artacağını gözləyir.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru kommersiya tədarüklərinə 1 oktyabr 2022-ci ildə başlayıb.

Bu konnektor vasitəsilə Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrə qədər genişləndirilməsi imkanı ilə 3 milyard kubmetrdir.

Yunanıstan-Bolqarıstan interkonnektorunun qaz ötürmə qabiliyyətinin 5 milyard kubmetrdən çox artırılması əlavə qaz kəmərinin tikintisi hesabına mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti