...

SOCAR və "Baker Hughes" Azərbaycanda sualtı nasosların yığılması üzrə birgə mərkəz yaradacaq

Energetika Materials 23 May 2024 15:24 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan "Azneft" İstehsalat Birliyi və ABŞ-nin "Baker Hughes" şirkəti Azərbaycanda sualtı elektrik mərkəzdənqaçma sualtı nasoslarının (Electric submersible pump, ESP) yığılması və texniki xidməti üzrə birgə mərkəzin yaradılması barədə razılığa gəliblər.

Trend bu barədə SOCAR-ın məlumatına istinadən xəbər verir.

"Mayın 22-də Bakıda "Baker Hughes" şirkətinin ESP texnologiyasının Azərbaycanda tətbiqi və elektrik mərkəzdənqaçma sualtı nasoslarının yığılması, təmiri və texniki xidməti üzrə ölkədə birgə mərkəzin yaradılması üzrə Öhdəlik Məktubunun imzalanması mərasimi keçirilib", - SOCAR-ın məlumatında qeyd olunub.

Müqavilə "Baker Hughes" şirkətinin Xəzər regionu üzrə direktoru Karlo Beltram (Carlo Beltrame) və SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov tərəfindən imzalanıb.

"Həmçinin "Baker Hughes" şirkəti ilə bütün hasilat proseslərini optimallaşdırmaq hesabına səmərəliliyin artırılması və karbohidrogen hasilatının artırılması barədə razılıq əldə olunub", - məlumatda deyilir.

Xatırladaq ki, "Baker Hughes" dünyada neft-qaz xidmətlərinin (qazma, ehtiyatın qiymətləndirilməsi, yataqların işlənməsi) aparıcı təchizatçısıdır.

Elektrik mərkəzdənqaçma sualtı nasosları dərinsulu və maili neft quyularında istifadə olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti