...

PAŞA Bank tərəfdaşlarla enerji və "yaşıl" layihələr üzrə danışıqlar aparır

Energetika Materials 29 May 2024 17:12 (UTC +04:00)
PAŞA Bank tərəfdaşlarla enerji və "yaşıl" layihələr üzrə danışıqlar aparır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

PAŞA Bank hazırda tərəfdaşlarla enerji və "yaşıl" layihələr üzrə danışıqlar aparır.

Trend xəbər verir ki, bu barədə "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Yaxın gələcəkdə PAŞA Bank ekoloji, sosial və idarəetmə məsələlərini əhatə edən qlobal ESG standartlarına adaptasiya olunacaq. Bu standartlar bankda tətbiq olunacaq ki, bu da unikal idarəetmə strukturu yaradacaq. Bu sayədə perspektivli uzunmüddətli layihələri dəstəkləyə və qiymətləndirə, eləcə də yeni təşəbbüsləri həyata keçirə biləcəyik. Bank hazırda tərəfdaşları ilə enerji və "yaşıl" layihələr üzrə danışıqlar aparır, dayanıqlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə çalışır", - o deyib.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, PAŞA Bankın aktivləri 8,622 milyard manat (2,2 faiz artım), kredit portfeli 2,958 milyard manat (4,7 faiz artım), öhdəlikləri 7,809 milyard manat (35,7 faiz artım), xalis mənfəəti isə 271,551 milyon manat (3,18 dəfə artım) olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti