...

Macarıstan iki nüvə reaktorunu birləşdirməklə karbon emissiyalarını ildə 70 milyon ton azalda bilər - Peter Siyarto

Energetika Materials 5 İyun 2024 11:19 (UTC +04:00)
Macarıstan iki nüvə reaktorunu birləşdirməklə karbon emissiyalarını ildə 70 milyon ton azalda bilər - Peter Siyarto
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan iki nüvə reaktorunu birləşdirməklə CO2 emissiyalarını ildə 70 milyon ton azalda bilər.

Trend xəbər verir ki, bu barədə bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.

"Macarıstan iki nüvə reaktoru inşa edir. Onları şəbəkəyə qoşmaqla ölkə CO2 emissiyalarını ildə 70 milyon ton azalda biləcək. Bu səbəbdən hər zaman "yaşıl" enerji tərəfdarlarının nüvə enerjisinə qarşı arqumentlərinə həmişə gülürəm. Sualım budur: nüvə enerjisinə investisiya yatırmaqdan daha ekoloji nə ola bilər?", - o deyib.

Qeyd edək ki, 29-cu Bakı Enerji Foumunda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti