...

Azərbaycan BƏƏ-dən “AI-95” markalı benzin tədarükünü bərpa edib

Energetika Materials 14 Noyabr 2025 11:23 (UTC +04:00)
Azərbaycan BƏƏ-dən “AI-95” markalı benzin tədarükünü bərpa edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 6 ölkədən dəyəri 89,7 milyon ABŞ dolları olan 105,3 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 49,5 min ton və ya 88,7%, dəyər baxımından isə 35,9 milyon ABŞ dolları və ya 66,9% çoxdur.

Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə - Gürcüstana dəyəri 2,8 milyon ABŞ dolları olan 4,2 min ton “Aİ-95” markalı benzin ixrac edilib.

Həmçinin bir neçə aylıq faisələdən sonra Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) “Aİ-95” markalı benzin tədarükünü bərpa edib. Belə ki, hesabat dövründə sözügedən ölkədən Azərbaycana dəyəri 8,2 milyon ABŞ dolları olan 9,3 min ton “Aİ-95” markalı benzin ixrac edilib.

2025-ci ilin ilk doqquz ayında Azərbaycanın “Aİ-95” markalı benzin idxal etdiyi ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

12052,5

9883,38

Rusiya

69392,61

59255

Birləşmiş Ərəb Əmirlikləri

9299,74

8168,29

Gürcüstan

1499,08

1236,46

Bolqarıstan

1400,24

1173,08

Rumıniya

11664,79

10015,67

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,081 milyon ton avtomobil benzini istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 min ton və ya 1% çoxdur. Ötən ilin ilk 9 ayında ölkədə 1,070 milyon ton avtomobil benzini istehsal olunmuşdu.

Bu ilin oktyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 62,2 min ton təşkil edib.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,047 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti