...

IGB istixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədə azaldıb

Energetika Materials 29 Dekabr 2025 15:44 (UTC +04:00)
IGB istixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədə azaldıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) 2024-cü ildə istixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədə azaldıb.

Trend bu barədə qaz kəmərinin operatoru ICGB-yə istinadən xəbər verir.

"ICGB-nin istixana qazları üzrə son hesabatı göstərir ki, 2024-cü ildə 2023-cü illə müqayisədə emissiyalar əhəmiyyətli dərəcədə - təxminən 13,8 min ton CO₂ ekvivalentindən 3,7 min tona qədər azalıb. Bu irəliləyiş şirkətin tikinti mərhələsindən tam əməliyyat fəaliyyətinə keçməsi ilə bağlıdır və bu, materiallar, nəqliyyat və tikinti işləri ilə bağlı emissiyaların təbii şəkildə azalmasına gətirib çıxarır", – şirkətin məlumatında bildirilir.

2024-cü ildə ICGB-nin qalan karbon izi əsasən enerji istifadəsi, işgüzar səfərlər və texniki xidmət kimi gündəlik əməliyyatlarla bağlıdır. Şirkət bu sahələrdə səmərəliliyi artırmaq və dayanıqlı təcrübələri tətbiq etmək üçün yeni imkanlar axtarmaqda davam edir.

Hesabat aparıcı beynəlxalq standartlar və Aİ reqlamentlərinə uyğun hazırlanıb.

Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqliyyat sistemi (DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini (Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaz nəqliyyat sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində birləşdirilib.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32 düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazın Yunanıstan-Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazar marağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılı olaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti