...

AZƏRBAYCANDA ENERJİDƏN İSTİFADƏNİN EFFEKTİVLİYİNİN SƏVİYYƏSİ AVROPA VƏ ABŞ-DAN AŞAĞIDIR

Energetika Materials 1 İyul 2005 14:23 (UTC +04:00)

Azərbaycanda enerjidən istifadənin effektivliyinin səviyyəsi Qərb və Mərkəzi Avropa ölkələri və ABŞ-la müqayisədə aşağıdır. Trend in məlumatına görə, bu barədə iyulun 1-də Amerikanın PA Consulting Group şirkətinin eksperti Kirbi Oven mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, keçmiş SSRİ-nin bir sıra ölkələrində enerjidən Azərbaycandakına nisbətən 10-20 faiz effektli istifadə olunur. Bu istiqamətdə effektivliyi təmin etmək üçün müvafiq tədbirlərin keçirilməsi zəruridir.

"Hazırda ölkədə elektrik enerjisinin tarifləri beynəlxalq təcrübənin göstəriciləri ilə müvafiq deyil. Onlar elektrik enerjiminin istehsalına sərf olunan xərclərin çıxarılması üçün kifayət etmir. Elektrik enerjisi tariflərinin artırılması istifadənin effektivliyinə təsir göstərə bilər. Belə ki, istehlakçı enerjidən qeyri-məqşsədəuyğun istifadənin ona baha başa gələ biləcəyini dərk edər ", - deyə o bildirib. Lakin ekspert hesab edir ki, tariflərin artırılması heç də problemin həlli demək deyil. Sayğacların quraşdırılması elektrik enerjisindən istifadənin effektivliyinin təmin olunmasında mühüm rol oynaya bilər. PA Consulting Group şirkəti bu məsələ ilə bağlı Azərbaycan hökuməti üçün tövsiyyələr hazırlamağa hazırdır. Həmçinin şirkət tariflər üzrə proqram hazırlayacaq. "Burada əsasən, subsidiyalar müəyyən ediləcək ", - deyə K.Oven qeyd edib.

Ekspert bildirib ki, enerji sistemlərinin analizi göstərir ki, qış dövründə pik saatlarında elektrik enerjisindən istifadənin saatda 1kVt -u 0,03 dollar təşkil edir, lakin əhali bunun üçün cəmi 0,016 dollar ödəyir ki, bu da qısamüddətli xərclərin çıxarılması üçün kifayət etmir.

Xəbər lenti

Xəbər lenti