...

"ÖTÜRÜCÜ SİSTEMLƏRİN REABİLİTASİYA PROQRAMI" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YENİ AVADANLIĞIN QURAŞDIRILMASI İŞLƏRİ APARILIR

Energetika Materials 5 Sentyabr 2005 15:37 (UTC +04:00)

Almaniyanın KfW bankının kreditləşdirdiyi "Ötürücü sistemlərin reabilitasiya proqramı" layihəsi çərçivəsində yeni avadanlığın quraşdırılması işləri aparılır.

Bu barədə Trend agentliyinə Azərenerji SC-də bildirilib.Əsasən "İmişli", "Yevlax", "Yaşma", "Xırdalan", "Maştağa" və digər yarımstansyialarda açarların dəyişdirilməsi üzrə işlər aparılır.

SC-də qeyd olunub ki, Siemens və Azərenerji SC sistemə yeni avadanlığın qoşulması zamanı elektrik enerjisinin kəsilməsi cədvəlinin işlənib-hazırlanması üzərində işləyir.

Bu layihənin gerçəkləşdirilməsi "2005-2015-ci illərdə Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət proqramı"nda nəzərdə tutulub.

Layihə Almaniyanın KfW inkişaf bankının illik 0,75% dərəcə ilə 10 il güzəştlə 40 il müddətinə ayırdığı 15,338 mln. avro hesabına maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti