...

2006-CI İLDƏ AZƏRBAYCANDA QAZ SAYĞACLARININ QURAŞDIRILMASI BAŞA ÇATACAQ

Energetika Materials 6 Sentyabr 2005 16:36 (UTC +04:00)

Azəriqaz QSC ilin sonuna kimi Azərbaycanda 220 min qaz sayğacı quraşdırmaq niyyətindədir. Trend in məlumatına görə, bu barədə sentyabrın 6-da Azəriqaz QSC-nin sədr müavini Nazim Səmədzadə bildirib.

"Nazirlər Kabinetinin 8 fevral 2005-ci il tarixli 43 saylı sərəncamına əsasən cari ildə 120 min sayğacın quraşdırılması nəzərdə tutulur", - deyə o qeyd edib. Aparılan hesablamalar göstərib ki, bizim daha 100 min sayğac quraşdırmaq imkanımız var.

Onların "Sənayecihaz"dan alınması və quraşdırılması Azəriqaz-ın vəsaitləri hesabına həyata keçiriləcək", - deyə N.Səmədzadə bildirib.

N.Səmədzadə onu da əlavə edib ki, 2006-cı ildə daha 500 min sayğac quraşdırılacaq və beləliklə, respublikada bu proses başa çatacaq.

Mənzillərində sayğacların quraşdırılmasında maraqlı olan abunəçilər QSC-yə müraciət etməli və öz hesabına sayğac almalıdırlar.

Sənayecihaz QSC-ni G-2,5 markalı 50 min və G-4 markalı 40 min qaz sayğacı ilə təmin edəcək. Buna isə $1,790 mln vəsait tələb olunur.

Tezliklə Belorusun Belamo şirkəti Azəriqaz QSC-yə G-6 markalı qaz sayğaclarının birinci partiyasını tədarük edəcək. Müqavilə üzrə şirkət QSC-ni 30 min sayğacla təmin edəcək. Müqavilənin dəyəri $840 mindir.

Xəbər lenti

Xəbər lenti