...

EXXONMOBIL AR DNŞ-İN KƏŞFİYYAT LAYİHƏSİ İLƏ BAĞLI TƏKLİFLƏRİNİ ŞİRKƏT RƏHBƏRLİYİNƏ TƏQDİM EDƏCƏK

Energetika Materials 7 Sentyabr 2005 12:31 (UTC +04:00)

İlin sonuna kimi Xəzər dənizinin Azərbaycan sektorunda "Naxçıvan" yatağında ikinci kəşfiyyat quyusunun qazılmasına dair qərar qəbul ediləcək. Bu barədə Trend ə Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda AR DNŞ Amerikanın ExxonMobil (layihənin operatoru) şirkəti ilə danışıqlar aparır.

"Exxon Azerbaijan şirkətinin baş direktoru Dryu Qudbred həmin məsələyə dair təkliflərimizi şirkətin rəhbərliyinə təqdim etmək üçün ABŞ-dadır. Bu məsələ öz həllini tapacaq. Söhbət ikinci kəşfiyyat quyusunun qazılmasında onların maraqlı olmamasından gedir. Şirkət rəhbərliyi təkliflərimizlə tanış olduqdan sonra müzakirələr aparılacaq və müvvafiq qərar qəbul olunacaq", - deyə N.Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti