...

DÖVLƏT NEFT ŞİRKƏTİ QUYUDAKI QƏZAYA GÖRƏ ƏMƏKDAŞLARINI İŞDƏN AZAD EDİB

Energetika Materials 8 Sentyabr 2005 14:04 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyinin sərəncamı ilə iyul ayında dayaz sulu "Günəşli" yatağında quraşdırılmış 14 saylı dəniz stasionar platformasındakı 16 saylı istismar quyusunda baş vermiş qəza ilə əlaqədar olaraq, "28 May adına" NQÇİ bəzi əməkdaşları tutduqları vəzifələrdən azad edilib. Bu barədə Trend ə məlumatlı mənbələrdən məlum olub.

Mənbənin sözlərinə görə, təhqiqat nəticəsində məlum olub ki, quyudakı qəzaya səbəb əməkdaşların səhlənkarlığı olub. Tutduqları vəzifələrdən eyni zamanda, baş geoloq, baş mexanik və mərkəzi mühəndis texniki xidmətinin rəisi azad ediliblər.

ARDNŞ-dən Trend ə bildiriblər ki, hazırda quyuda təsmmiir işləri aparılır. Sutkada 30 ton neft verən 16 saylı quyu qəzadan əvvəl təmirə dayandırılmışdı. Qəza iyulun 24-də aparılan təmir işləri zamanı baş verib.

"Nəticədə preventorun sıradan çıxması nəticəsində quyuda yanğın baş verib və o, qısa müddətdə söndürülüb. Qəzada zərər çəkən olmayıb " - deyə ARDNŞ-dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti