Bu ilin yanvar-avqust aylarında "Azəri"-"Çıraq"- "Günəşli" yatağında hasilat işləri aparan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müqavilə sahəsindən 7,37 milyn. ton Azeri Light nefti hasil edib ki, bu da ötən ilin analoji dövründəkindən 3,22 min ton çoxdur.
2005-ci ilin yanvar-avqust aylarında ABƏŞ hasilatın ümumi həcmindən 4,67 milyn. tonunu "Çıraq" yatağından və 2,69 milyn. Tonunun isə "Azəri"nin mərkəzi hissəsindən çıxarıb. ABƏŞ "Azəri"dən ilk neft hasilatına 2005-ci ilin 13 fevralından başlayıb.
ABƏŞ-dən "Tpend"ə verilən məlumata görə, avqustda şirkət AÇG-dən ("Azəri" üstəgəl "Çıraq") 1,305 milyn. ton neft hasil edib ki, bu da bu ilin iyuluna nisbətən 288 min ton və 619 min ton ötən ilin avqustuna nisbətən çoxdur. 2005-ci ilin avqustunda ABƏŞ "Çıraq"dan 600,75 min ton, "Azəri"dən 704,141 min ton neft hasil edib.