...

110 KİLOVOLTLUQ "NƏRİMANOV" YARIMSTANSİYASI 2007 –Cİ İLDƏ İSTİSMARA VERİLƏCƏK

Energetika Materials 29 Sentyabr 2005 18:26 (UTC +04:00)

Barmek Azerbaijan şirkəti Yasamla rayonun ərazisində 110 kilovoltluq yarımstansiyanı 2007-ci ildə istismara vermək niyyətindədir Bu barədə Trend ə şirkətin vitse-prezidenti Ömər Günər məlumat verib.

Onun sözlərinə görə, şirkət yarımstansiyanın tikintisinə cari ildə başlamağı planlaşdırır. Dünya təcrübəsində bu tip layihənin reallaşdırılması üçün 14-16 ay tələb olunur.

"Hazırda şirkət öz təkliflərini bu istiqamətdə zəruri təcrübəyə malik olan Almaniyanın Siemens və Areva, İsveçrə-İsveçin ABB, həmçinin Fransanın Şinayder şirkətlərinə təqdim edib. Onların təklifləri analiz olunur. Həmin təkliflər arasında layihənin reallaşdırılması üçün kreditlərin cəlb olunması mövcuddur. Lakin kreditorları biz özümüz cəlb etmək istəməyirik. Belə olan halda layihə daha ucuz başa gələr. Layihənin dəyəri 6-7 milyon avrodur " - deyə o bildirib.

"Biz zəruri tikinti materiallarının toplanmasını həyata keçirirk və layihəni mərhələli şəkildə həyata keçiririk. Bu yarımstansiya elektrik enerjisini "Müşfiq" yarımstansiyasından alacaq. Onların birləşdirilməsi üçün yeni yeraltı elektrik ötürücü xəttin çəkilməsi tələb olunur "- deyə Ö.Günər bildirib.

Layihənin reallaşdırılması Yasamal, Səbail,Nərimanov və bAkının digər rayonlarında elektrik enerjisi təminatında defisitin qarışısın almağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti