Tərkibinə Nazirlər Kabinetinin, Azərenerji SC-nin, Sənaye və Energetika Nazirliklərinin və Bayva-Enerji-nin nümayəndələrinin daxil olduğu ləğv komissiyası əmlakın Bayva-Enerji-nin balansından Azərenerji SC-nin balansına keçirilməsi üzrə çalışacaq.
Azərenerji-nin baş mühəndisi Saleh Məmmədovun Trend ə verdiyi məlumata görə , baş enerji idarəsi hazırda "Gəncəelektrikşəbəkə" və "Əlibayramlıelektrikşəbəkə" elektrik şəbəkələrinin idarəetmə mexanizmini hazırlayır. Belə bir mexanizmin hazırlanması bir ay tələb olunur.
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də Bayva-Enerji-nin hüquqlarının ləğvi üzrə sərəncam imzalayıb. Ləğv olunduğu andan SC-in müqavilələri Azərenerji SC-nin tərkibinə keçib.