Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Səməliyyatlar İdarəsi metanolun (DÜST 2222-95) alınması üzrə tender elan edib Bu barədə Trend ə idarədən məlumat verilib.
Maraqlı şirkətlər idarənin marketinq və xarici əməliyyatlar şöbəsinə müraciət edə bilərlər. İddiaçılar tenderdə iştirak etmək üçün $200 üstəgəl 18% ƏDV (cəmisi $236) ödəməlidirlər.
Potensial iştirakçılar öz sənədlərini idarəyə 2006-cı il yanvarın 17-dən, qiymət kriteriyalarının, tədarükün müddəti, ödənmənin şərtlərinin nəzərdə tutan tendep təkliflərini isə yanvarın 30-dan gec olmayaraq təqdim etməlidirlər.
Təkliflər zərfi yanvarın 31-də Marketinq və İqtisadi əməliyyatlar İdarəsində açılacaq.