...

ABƏŞ Azərbaycandan 67 mln. ton neft ixrac edib

Energetika Materials 15 Dekabr 2005 15:28 (UTC +04:00)

BakıSupsa boru kəməri ilə əməliyyatlar başlanandan 2005-ci ilin noyabrın sonunadək ABƏŞ öz tərəfdaşları və Azərbaycan dövləti üçün 338 mln. barel (təxminən 46 mln. ton) neft nəql edib. Trend bildirir ki, bu barədə ABƏŞ-in yayımladığı məlumatda deyilir.

Sənəddə digər -Bakı-Novorossiysk neft boru kəmərində ixrac həcminə toxunularaq qeyd olunur ki, 1997-ci ildə nəqlin başlanmasından etibarən 2005-ci il noyabırn sonunadək 143 mln. bareldən çox (19,5 mln. ton) neft (ARDNŞ-in "Azəri-Çıraq-Günəşli"dən nefti də daxil olmaqla) ixrac edilib ki, bu da nəqliyyat əməliyyatlarının başlanmasından etibarən Novorossiyskdən 217 tankerin (ARDNŞ-in 13 mln. ton nefti 137 tanker də daxil olmaqla) yüklənməsinə imkan verib.

Məlumatda həm də deyilir ki, 2005-ci ilin iyunun 1-dən Azərbaycanın və Gürcüstanın dəmir yolu sistemi ilə 15,6 mln. bareldən çox (2,2 mln. ton) neft göndərilib ki, bu da ABƏŞ-ə Gürcüstanın Batumi limanından 17 tankerin yola salınmasına imkan verib. Hazırda bu dəmir yolu sistemi ilə sutkada orta hesabla 130 min barel neft nəql olunur.

Xəbər lenti

Xəbər lenti