...

Azərbaycan dekabrda "Qumgöl"dən Gürcüstana 100 min ton tranzit nefti nəql edəcək

Energetika Materials 22 Dekabr 2005 13:29 (UTC +04:00)

Dekabrda Qazaxıstanın "Qumgöl" yatağından Azərbaycan ərazisi ilə tranzit nefti 100 min tonu ötə bilər. Bu barədə Trend ə neft daşımaları bazarındakı mənbələrdən məlum olub. Bütün neftin Qazaxıstanın Aktau limanından Dubayın Middle East Petrol Farm (MEPF) qrupunun idarə etdiyi Dübəndi terminalınadək nəql olunacağı nəzərdə tutulur.

Mənbələr qeyd edir ki, noyabrda Dübəndidə təxminən 150 min ton "Qumgöl" nefti yüklənib. Neft Dübəndidən Gürcüstanın Qara dənizdəki Batumi limanına dəmir yolu ilə çatdırılır.

2005-ci ilin yanvar-noyabrında MEPF terminal vasitəsilə 2,55 mln. ton neft məhsulu yükləri daşıyıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,1% çoxdur. Ötən il şirkət Dübəndi vasitəsilə bütünlükdə 2,82 mln. ton neft məhsulu yükləri daşıyıb.

Middle East Azərbaycanın Azərsun Holding-in tərkibinə daxildir, Qazaxıstandan və Türkmənistandan neft daşımalarında ixtisaslaşdırılıb. Azərsun Holding 1992-ci ildə yaradılıb və ərzaq məhsulları və bunların qablaşdırılması istehsalında ixtisaslaşdırılıb.

Xəbər lenti

Xəbər lenti