2006-cı ildə Azərbaycanda hətta Rusiyadan idaxl olunan qazın dəyərinin bahalaşmasını nəzərə aldıqda bedə, daxili qazın alqı-və satqısı üzrə tariflərin artacağı gözlənilmir. Trend in məlumatına görə, bu barədə dekabrın 27-də Azəriqaz qapalı səhmdar cəmiyyətinin sədri Əlixan Məlikov bildirib.
Onun sözlərinə görə, gələn il Azərbaycan Rusiyadan 4.5 mlrd kubmetr qaz alacaq və onun dəyəri 2005-ci ildəki $60 dollara qarşı 1 min kubmerə görə $110 məbləğindədir. "Tariflərin qaldırılması üzrə qərarı Nazirlər Kabineti və Tarif Şurası qəbul edir. Lakin biz hökumətdən tariflərin qaldırılması barədə hər han tapşırıq almamışıq", - deyə o bildirib.
A.Məlikov qeyd edib ki, ölkədə qazla bağlı tariflərə bütün abunəçilər üçün sayğacların quraşdırılmasından sonra baxıla bilər. "Əgər əhalinin 90%-də sayğac olarsa, o zaman biz qaz tariflərini yenidən nəzərdə keçirə bilərik",-deyə o bildirib. Hazırda Azərbaycanda bütün kateqoriyalardan olan istehlakçılara 1 kubmetrə görə 236 manat vahid tarifi tətbiq edilir.
QSC-in sədri qeyd edib ki, ilin əvvəlindən Azəriqaz QSC 260 minə yaxın sayğac quraşdırıb. Qaz sayğaclarının alınması Nazirlər Kabinetinin 2005-ci il 8 fevral tarixli 43 saylı sərəncamı əsasında həyata keçirilir. Ə.Məlikov qeyd edib ki, 2006-cı ildə Azəriqaz QSC 500 min qaz sayğacı quraşdırmaq niyyətindədir. 2008-ci ilə kimi Azəriqaz ölkədə qaz sayğaclarınınn quraşdırılmasını tamamlamaq niyyətindədir.