2005-ci ildə EP-300 zavodunda sıradan çıxmış qurğunun əvəzinə alınmış yeni qurğu tam gücü ilə işləyir. Bu barədə Trend ə müəssisədən məlumat verilib.
"Rusiya istehsalı olan qurğu dekabrın 28-də quraşdırılıb və əvvəlki qurğu ilə müqayisədə daha yaxşı işləyir", - deyə zavoddan bildirilib.
Zavodda baş vermiş qəzanın səbəblərini öyrənmək məqsədilə yaradılmış xüsusi Komissiya tərəfindən aparılan təhqiqat zamanı yanğının texniki amillər nəticəsində baş verdiyi məlum olub.