...

Azərbaycan Gürcüstana elektrik enerjisi tədarükünü yenə də dayandırıb

Energetika Materials 31 Yanvar 2006 12:49 (UTC +04:00)

Azərbaycan Gürcüstana yanvarın 30-da bərpa olunmuş elektrik enerjisinin verilməsini yenə də dayandırıb. Bu barədə Trend ə "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov bildirib. Onun sözlərinə görə, buna səbəb Gürcüstanın enerji şəbəkələrinin işindəki texniki problemlərin olmasıdır. Bu gün enerji tədarükü bərpa olunacaq.

Azərbaycan yanvarın 22-dən başlayaraq Gürcüstana 30 MVt gücündə elektrik enerjisi tədarük edib. Yanvarın 26-dan bu göstərici günorta saatlarında 70 MVt, işin qızğın vaxtında isə 100 MVt təşkil edib. Yanvarın 29-da baş vermiş qəzadan sonra tədarük dayandırılıb və yanvarın 30-da bərpa olunub.

Xəbər lenti

Xəbər lenti